Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan dövləti operativ qabaqlayıcı tədbirlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyata kerçirilən tədbirlərin effektivliyini yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görür.
Xəbər verdiyimiz kimi, dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və elə ilk addım olaraq prezident özünün bir illik əmək haqqının fonda köçürülməsi barədə tapşırıq verib. Prezidentin bu addımından sonra müxtəlif tanınmış şəxslər də fonda yardım üçün səfərbər olublar. Bu günlərdə ayrı- ayrı millət vəkillərinin bir aylıq maaşlarının fonda köçürülməsi haqqında məlumatlar daxil olub. O cümlədən Qənirə Paşayeva və Zahid Oruc bu aksiyaya qoşulublar. Lakin əldə etdiyimiz məlumata görə parlamentin bütövlükdə bu addımı atması gözlənilir deyə bir çox deputatlar hələlik gözləmə mövqeyində durublar və sevərək bu aksiyaya qoşulacaqlar.Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info-ya dövlət başçısının müvafiq fərmanları və ölkədə koronavirusla bağlı görülən tədbirlər barədə danışıb:
“Koronavirusla mübarizə ilə bağlı dövlət başçısı, cənab İlham Əliyevin imzaladığı sərəncamlar həm iqtisadi, həm mənəvi baxımdan çox böyük əhəmiyyət daşıyır.Tibbi personalının əməyinin qiymətləndirilməsi, fondun yaradılması xüsusilə yüksək qiymətləndirilməlidir. Digər tərəfdən bu fərmanla biznesmen və orta sahibkarların itkilərinin qarşısının alınması nəzərdə tutulur, ölkə əhalisinin sağlmalığının qorunmasını ehtiva edir. Şükürlər olsun ki, bu Azərbaycanın içərisindən qaynaqlanan virus deyil. Bakının izolyasiya edilməsi, iaşə obyektlərinin işinin məhdudlaşdırıması, insanlar arasında əlaqələrin azaldılması, şəhərin küçələrinin dizenfeksiya edilməsi kimi tədbirlər alınmalıydı, vacib idi, və dövlət başçısı bu addımların hamısının atılması barədə vaxtında göstəriş verdi.Müəyyən profilaktik maarifləndirmə işləri aparıldı. Ən zəif bənd məktəblə və uşaq bağçaları idi, ali məktəblərin təhsil ocaqlarının, o cümlədən dövlət qurumlarında işləyən şəxslərin maaşlarının saxlanması şərti ilə işlərinin müvəqqəti dayandırılması çox yerində atılmış addım oldu. Bu tədbirlərin hamısı dövlətin təhülkəsizliyinin qarşısının alınması üçündür. Dünyada ba verən proseslər Azərbaycana təsir etməyə bilməz. Bizim geosiyasi mövqeyimiz baxımından ətrafımızda baş herən hadisələrlə istər- istəməz əlaqəmiz olur. Ona görə dövlət başçısının verdiyi qərarlar çox mühüm əhəmiyyət kəsb edən qərarlardır”,- deyən deputat dövlət başçısının ayırdığı bir milyard vəsaitin nəyə və nə zaman xərclənəcyi barədə sualımıza cavab olaraq bildirdi ki, bu məsələ əlaqədar qurum tərəfindən planlaşdırılacaq “Yəqin bu məsləyə qərargah baxacaq və bu vəsait yalnız və yalnız xalqımızın rifahı naminə istifadə olunacaq”.