Bütün dünyanı təsiri altına salan koronavirus epidemiyası ilə bağlı Rusiya Həkimlər Birliyinin koordinatorlarından biri Anastasiya Vasilyeva ilginc açıqlama verib.
Moderator.az xəbər verir ki, A.Vasilyeva deyib ki, “həkimləri gerçək durumu gizlətməyə və tibbi ləvazimatların çatışmazlığı ilə bağlı məsələlərdə susmağa məcbur edirlər”. Həkimin sözlərinə görə ölkədə (Kovid-19) epidemiyasının miqyası gizlədilir və xəstələr sətəlcəm olaraq qeydə alınır.
Həkimlərin qoruma vasitələri olmadan xəstələri müalicə etdiyini deyən Vasilyeva, onlara mühafizə ləvazimatlarının verilməməsinin xalqa qarşı bir cinayət olduğunu bildirib. Onun sözlərinə görə hakimiyyət koronavirus kəlməsini işlətməyi belə onlara qadağan edib.