“Sumqayıt, Abşeron və Bakı daxilində sərnişinlərin gediş-gəlişi sərbəst olacaq”.
AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, bölgələrdə olan Bakı qeydiyyatlı vətəndaşların da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gəlmələrinə icazə veriləcək.