“Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələlik ehtiyac duyulmur”.
[quote][/quote]Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsi istisna da edilmir:
“Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edcəksə, fövqəladə vəziyyət elan edilə bilər”.