"Azərişıq"dan əhaliyə "dəstək" - FOTO

Koronavirus səbəbindən iş yerlərinin bağlanıldığı, insanların məzuniyyətə göndərildiyi bir dövrdə “Azərişıq” da əhaliyə “dəstəy”ini əsirgəməyib.
[quote][/quote]
[b][/b]

Yenicag.az xəbər verir ki, martın 23-dən etibarən “Azərişıq” elektrik borclarını ödəməyən abonentlərin enerji verilişini dayandıracağını bildirib.

Bu xəbər sosial şəbəkə istifadəçiləri tərəfindən qınaqla qarşılanıb. Belə ki, onlar atılan bu addım dırnaq arası “dəstək” adlandırıb.

Qeyd edək ki, prezident İlham Əliyev məmurlara dəfələrlə, xüsusilə, koronavirus dönəmində vətəndaşlara qarşı həssas olmağa, qayğı ilə yanaşmağa çağırıb.

Görünən odur ki, “Azərişıq” rəhbərliyi dövlətin zirvəsinin həssaslığını dərk etməkdə çətinlik çəkir. Yəqin ki, qısa zamanda bu məsələyə də dövlət rəhbərliyi müdaxilə edər və problem çözülər.
"Azərişıq"dan əhaliyə "dəstək" - FOTO