Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, pandemiyadan bir il əvvəl yeni növ koronavirusun meydana gəlməsini hiss etmişdi. Türkiyədən olan siyasi şərhçi Ahmet Tan, "virusların genetik quruluşundakı dəyişikliklər" səbəbiylə yeni tənəffüs xəstəliyinin ortaya çıxma risklərinə toxunan 12 aprel 2019-cu il tarixli prezident bildirisinə diqqət çəkib.
Ahmet Tan, Türk liderinin ölümlə nəticələnən COVID-19-dan bir il əvvəl yaxınlaşan pandemiya barədə xəbərdarlıq etdiyini yazıb . Gündəlik Cumhuriyet üçün yazdığı yazıda köşə yazarı, Ərdoğanın imzaladığı keçən ilki bildiriyə istinad edib. Orada yeni bir tənəffüs xəstəliyi infeksiyasının yayılmasına hazırlaşmağın zəruriliyindən danışır.
Virusların genetik quruluşundakı dəyişikliklər səbəbindən, insandan insana asanlıqla keçə biləcək yeni bir qrip virusu meydana çıxa bilər.
Ərdoğan, “bu pandemiya dövründə maneələrin olmaması üçün” tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb. Məqalədə, prezidentin bu məqsədlə keçən il pandemiya qripinə qarşı milli hazırlıq planını təsdiqlədiyi iddia olunur. Ahmet Tan, ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel də daxil olmaqla dünya liderlərindən heç birinin COVİD-19-un baş verəcəyini proqnozlaşdıra bilmədiyini vurğulayır, Ərdoğanın isə pandemiyadan 11.5 ay əvvəl onun barədə danışmaqla həqiqi görücü olduğu ortaya çıxıb.
Tərcüməçi: Fəxri Qocayev
Mənbə: news.rambler.ru