İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq, 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb.
AzBaku.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub.
Məlumata görə, əhalinin ümumi sayının 53%-i şəhər, 47%-i kənd sakinləri, 49,9%-i kişilər, 50,1%-i isə qadınlar təşkil edir.
Son məlumata görə, hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Qeyd edək ki, ötən ay üzrə açıqlanan statistik göstəricidə qeyd edilmişdi ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq, 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 867 250 nəfərə çatıb.