“Ayaks”ın sabiq futbolçusu Abdelhak Nuri iki il səkkiz aydan sonra komadan çıxa bilib.
“talkSPORT” xəbər verir ki, 22 yaşlı gənc hal-hazırda oturur və yemək yeyə bilir.
Qeyd edək ki, futbolçu 2017-ci ilin iyulun səkkizində “Verder”lə oyunda komaya düşüb.
Oyun zamanı A.Nuridə aritmiya başlayıb və o huşunu itirib.
Komaya düşən futbolçu təcili xəstəxanaya çatdırılıb.