Qəzadan sonra hadisə yerindən qaçan məktəbli polis təqibi zamanı yaxalandı
Rusiyanın Krasnoyarsk şəhərində yeniyetmə atalığının avtomobilini götürərək sürməyə çalışarkən qəza törədib. Avtosfer.az xəbər verir ki, insident Kuraqino qəsəbəsində qeydə alınıb. Bu barədə Rusiya Baş Dövlət Yol Polisi İdarəsinin Regional qrupunun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 14 yaşlı oğlan atalığının avtomobilini götürərək qəsəbədaxili küçələrdə sürməyə başlayıb. Avtomobili bir müddət idarə edən yeniyetmə, “Honda” markalı maşınla toqquşub.
Qəzadan sonra o hadisə yerindən qaçıb. Bu barədə məlumat alan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları oğlanı saxlamaq üçün hərəkətə keçiblər. Təqib polis avtomobilinin videoregistratoru tərəfindən görüntülənib.
Kadrlarda, polis əməkdaşlarının xidməti avtomobillə yeniyetmənin idarə etdiyi maşını təqib etdiyi və bir qədər sonra onun qarşısını kəsdikləri görülür.
O, polis əməkdaşlarına, avtomobili valideynlərinin icazəsi ilə götürdüyünü və mağazaya getdiyini bildirib.
Buna görə onun atalığına inzibati qaydada 30 min rubl (624 manat) cərimə tətbiq olunacaq.