Bakıda minik avtomobili "KamAZ"la toqquşub, ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzBaku.orgapa-ya istinadən xəbər verir ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.