Bakıda bir müddət əvvəl piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntülərdə yolayrıcında dayanan avtobusun arxa tərəfindən çıxaraq, yola doğru addımlayan yaşlı qadının taksi sürücüsü tərəfindən vurulması əks olunub.
İlkin ehtimala görə, sürücünün başı mobil telefona qarışıb.
Qəzadan sonra avtomobildən düşən sürücü hətta avtobusu da ittiham edib.
Görüntüləri təqdim edirik: