Bakıda çoxmərtəbəli yaşayış binası yanıb

Bakıda Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
AzBaku.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.