Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabr ayının 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib. Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis İdarəsinə gətirilib. Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşrutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etdiyi, avtobusun dayancaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu izlədiyi müəyyən edilib.
Saxlanılan şəxsin əvvəllər Rusya Fedarasiyasında və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.
Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.