Belarusiyalı həkimlər və tibb işçiləri koronavirusa yoluxmamaq üçün kütləvi məzuniyyətə çıxmağa başlayıblar.
Belarus KİV-i xəbər verir ki, Minsk və Vitebskdəki xəstəxanalardakı işçilər klinikalarının “qəribə” sətəlcəm xəstələri tərəfindən “sıxıldıqlarını” bildiriblər. Həkimlər “bunun nə olduğunu başa düşürlər”, amma “bu barədə danışmaq olmaz”.
Həkimlərin sözlərinə görə, rəhbərlik onların ezamiyyət barədə müraciətlərinə müsbət cavab vermir, hətta onları dərhal işdən çıxacaqları ilə qorxudurlar”.
Minskdən bir həkim də öz hesabına məzuniyyət üçün müraciət etdiyini bildirib. konkret.az\