Rusiyada həbsxanada 17 məhkum venasını kəsdi – VİDEO

Rusiyanın İrkutsk şəhərində həbsxanada qiyam baş verib.

Lenta.ru-nun məlumatına görə, bu barədə İrkutsk vilayətinin hüquq müdafiəçiləri şurası məlumat verib.

Bildirilir ki, ciddi rejimli cəzaçəkmə müəssisəsində İrkutsk koloniyasının nəzarətçiləri tərəfindən özbaşınalığa etiraz olaraq 17 nəfər venalarını kəsib.

Hadisəyə səbəb məhbuslardan birinin zabit tərəfindən döyülməsi olub.