Hərbi Hava Qüvvələrinin helikopter bölmələri uçuş məşqləri keçirir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.