Azərbaycanda bu sahibkarlarla bağlı qərar verildi - RƏSMİ + VİDEO

Bank hesablarına sərəncam qoyulmuş sahibkarlara dövlət kömək edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu “Real” TV-yə müsahibəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Siyasət Şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.

Onun sözlərinə görə, bəzi sahibkarlar məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədikləri üçün bank hesablarına sanksiyalar qoyulub:

“Bu gün həmin sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Bu vəsait orada bloklanmış şəkildə qalmasın”.

KOBİA rəsmisi: “Geniş vergi güzəştlərini əhatə edəcək dəstək proqramı hazırlanıb” - MÜSAHİBƏ
E.Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlarla bağlı məsələdən də danışıb.

O bildirib ki, bu fəaliyyət növünə sənaye sektoru üzrə istehsal da aiddir:

“Ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna olunur. Çünki pandemiyanın təsir dairəsində onlara tələbat elə də aşağı düşmür.

Ticarət və ictimai iaşə xidmətlər sektorudur. Bura tur-operatorlarımız, mehmanxana və hotel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, eyni zamanda, sərnişindaşıma və taksi fəaliyyəti də daxildir”.