Türkiyədə bir nəfər şüşə parçasını boğazına dayayaraq, intihar hədəsi ilə koronavirusdan müalicə aldığı xəstəxanadan qaçıb.
“Hürriyet”in məlumatına görə, hadisə Adana şəhərində qeydə alınıb.
Bildirilir ki, Hamit S. bir həftə əvvəl yüksək qızdırma ilə xəstəxanaya çatdırılıb. Aparılan analizlər zamanı koronavirus testinin cavabı müsbət çıxıb. Bu səbəbdən xəstəxanaya yerləşdirilib. Lakin o, sübh tezdən qaldığı palatanın pəncərəsindən qırdığı şüşəni boğazına dayayaraq, ona yaxın gələcəkləri halda intihar edəcəyini deyib və xəstəxanadan qaçıb.
Lakin aparılan əməliyyat nəticəsində onu saxlamaq mümkün olub. O, yenidən xəstəxanaya yerləşdirilib.