Azərbaycanda artıq tibb işçiləri arasında da koronavirusa yoluxma faktı var. Belə ki, koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev də artıq koronavirusa yoluxub. [/code]
Bu barədə həkim şəxsi sosial media hesabında paylaşım edib. Koronavirus testinin cavabının pozitiv çıxdığını deyən həkim eyni zamanda vətəndaşlara səslənib:
"Dünənə qədər görünməyən qəhrəmanlardan olsam da, artıq mən də bir COVID-19 xəstəsi kimi müalicə alacağam. İnsanlar karantin rejiminə əməl etmədikcə, biz həkimlərin virusa yoluxması da qaçılmaz olacaq".
İsmayıl Əliyev bununla bağlı İctimai Televiziyaya açıqlama edib. Həmin açıqlamanı təqdim edirik.