İndoneziyanın Yava adasında yerləşən Kepuh qəsəbəsində koronavirusa qarşı tədbirlər çərçivəsində qəribə üsuldan istifadə edirlər.
“Haber7” məlumat verir ki, insanları evdən çölə çıxmaqdan çəkindirmək üçün küçələrdə kəfən geyinmiş, üzləri ağ rəngə boyanmış “ruh”lar gəzir.
Karantin qaydaları tətbiq olunmayan, sadəcə olaraq, insanlardan sosial məsafəni gözləmələri və gigiyena qaydalarına əməl etmələri tələb olunan ölkədə polislərlə könüllülərin iş birliyi nəticəsində belə tədbir görülüb.
Bu tədbirdən sonra uşaqların və uşaqlı ailələrin küçəyə çıxmaması diqqət çəkib.