Mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödəniş ediləcək - TƏKLİF

“Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik təklif edilir.

Oxu.Az-ın məlumatına görə, layihə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır.

Belə ki, layihədə bu sahədə mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsi nəzərdə tutulur.

Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.