Məlumatda qeyd olunub ki, maskanı taxmazdan öncə əllər ən azı 20 saniyə su və sabunla yuyulmalıdır. Lakin su və sabun olmasa, 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir. Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır.


