Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tədrisin tam olaraq bərpa olunması iki milyon insanın gündəlik hərəkəti deməkdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır:
“Koronavirus pandemiyasına qarşı çevik və zamanında görülən tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdədir. Nazirlər Kabineti yanında operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçülüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.
“Dərslərin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək”, - deyə nazir qeyd edib.