“Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.
AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, 53 sağalma var:
Fevralın 28-dən - Azərbaycanda ilk koronavirus qeydə alınan vaxtdan aprelin 12-dək olan dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuzu qeyd edə bilərik”.
Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət dəyişir:
“Aprelin 12-dən sonra pozitiv dinamika var. Hazırda aktiv koronavirus xəstələrinin sayı 822-847 arasında dəyişir”.
oxu.az