“Spirti Ermənistandan alırıq” – İran rəsmən etiraf etdi

“Koronavirus pandemiyasının ölkədə yayılmağa başladığı gündən İran Ermənistandan spirt idxal edir”.

Turkustan.info xəbər verir ki, Bu barədə İranın Şərqi Azərbaycan əyaləti valisinin iqtisadi məsələləri üzrə müavini Əli Cahangiri məlumat verib.

Cahangiri bildirib ki, “böhran” başladığı gündən etibarən Ermənistandan 700 min litr spirt idxal edilib.

Onun sözlərinə əsasən, bu məsələnin koordinasiyası İran hökumətinin Şərqi Azərbaycandakı məsulları tərəfindən yerinə yetirildikdən sonra İslam Respublikası ölkəyə lazım olan spirti Ermənistandan idxal etməyə başlayıb.

Qeyd edək ki, ötən həftələrdə spirtin koronavirusa yoluxmanın qarşısını alması ilə bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb. Koronavirus infeksiyası yayıldıqdan sonra İran, eləcə də Güney Azərbaycanda çox sayda insan texniki spirtdən zəhərlənib, onlarla insan həyatını itirib.

Xatırlatmaq lazımdır ki, İran rejimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən, minlərlə soydaşımızı öldürən və 1 milyon azərbaycanlının öz ata-baba yurdlarından çıxaraq məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistana hər növ dəstək göstərən başlıca ölkədir.