Əməkdar artist: “Oğlum Estoniyada qalıb” - VİDEO

“Dövlətin qoyduğu qanuna əməl edirəm, evdə otururam. Çəkiliş olanda isə televiziyalarımız bizə evdən çıxmaq üçün xüsusi arayış verir. Efir bitəndən sonra evə gəlirik. Bilirsiz ki, universitetdə dərs deyirəm. Tədris onlayn rejimə keçdiyi üçün mən də dərsimi onlayn aparıram. Həftənin bazar ertəsi və cümə günləri tələbələrimə dərs keçirəm”.


AzBaku.org xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli Xəzər TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramına “Skype” vasitəsilə qoşularkən deyib. Karantin günlərini səmərəli şəkildə keçirdiyini bildirən sənətçi oğlunun xaricdə təhsil aldığını açıqlayıb:

“Oğlum hazırda Estoniyanın paytaxtı Tallin şəhərindədir. O orada magistratura təhsilini alır. Oğlum üçün darıxıram, amma mütəmadi olaraq onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıram”.