Bakıda 28 yaşlı kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1992-ci il təvəllüdlü Qasımov Ceyhun Asəf oğlu yaşadığı evin yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.