Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Mübariz Məmmədov arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovanın boğazını kəsib.
Qadın hadisə yerində həyatını itirib. M.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.