Dünən brent markalı neftin qiyməti 19 dollar səviyyəsində oldu. Bu bizim milli neft şirkətinin istehsal etdiyi maya dəyərinə oxşar səviyyədir. Demək olar ki, bu qiymət koridorunda biz gəlir əldə etmədən yaşamalı olacağıq. Bu cür davam etsə, necə deyərlər, elə bil, özümüzü neftsiz təsəvvür etməliyik.
Etibarlı mənbələr neftin 1 barrelinin qiymətinin 20 dollara qədər enəcəyini proqnozlaşdırırdı. İndiki neft qiyməti 20 il əvvəlki dövrlə müqayisə etmək olar. 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil etmişdi. Bu neftin qiymət dalğalanmaları ilə bizi çox da uzaq olmayan zaman kəsiyi ayırır. Ondan 10 il əvvələ getsək, yəni 1998- ci ildə neftin qiyməti 9 dollar idi. 1