Nazirlər Kabineti bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlayacaq.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində danışıb.
O deyib ki, hazırda bununla bağlı iki əsas prinsip məlumdur:
“Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub”.
İ.Məmmədov qeyd edib ki, bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək.