Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 2 481 925 insan koronavirusa yoluxub.


Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilib.

Koronavirusun qurbanları 170 456 nəfərə çatıb, 652 093 nəfər isə bu virusdan sağalıb.
Ölkələr arasında virusa yoluxma sayına görə ilk üçlükdə ABŞ (792 913 yoluxma), İspaniya (200 210 yoluxma) və İtaliya (181 228 yoluxma) yer alır.

Azərbaycanın sərhəd qonşuları Türkiyə 90 980 nəfər yoluxma ilə yeddinci, İran 83 505 yoluxma ilə səkkizinci, Rusiya isə 47 121 yoluxma ilə 10-cu yerdədir.

Koronavirusun ilk meydana çıxdığı ölkə olan Çin 82 758 yoluxma faktı ilə doqquncu yerdədir.