Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, xəstəxananın direktoru Rüstəm Budaqov özü vəzifəsindən getmək istəyib.
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında bildirib ki, R.Budaqov öz ərizəsi ilə işdən çıxarılması üçün müraciət edib:
“O, vəzifəsindən azad edilib. Hələlik yerinə təyinat yoxdur”.