Van Qoqun məşhur əsəri muzeydən belə oğurlandı - VİDEO

Niderlandda karantin səbəbindən bağlı olan “Singer Laren” muzeyindən məşhur rəssam Vinsent Van Qoqun 1884-cü ildə çəkilən “Yaz bağı” əsərinin oğurlanma anının kadrları yayımlanıb.

“LifeShot” “Telegram” kanalının məlumatına görə, oğru və əsər hələ tapılmayıb.





Xatırladaq ki, hadisə martın 30-da gecə saatlarında baş verib. Məlumata əsasən, oğru muzeyin şüşə qapılarını sındıraraq, içəri daxil olub. Xəbərdarlıq sistemi işə düşüb. Lakin mühafizəçilər hadisə yerinə gələnədək oğru aradan çıxa bilib.
Van Qoqun məşhur əsəri muzeydən belə oğurlandı - VİDEO