Qərar verildi-Bu ölkədə Fövqəladə vəziyyət iyunun sonunadək uzadıldı

Qərar verildi: Fövqəladə vəziyyət iyunun sonunadək uzadıldı

Albaniya parlamenti koronavirus epidemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin iyunun 23-dək uzadılması ilə bağlı təklifi səs çoxluğu ilə qəbul edib.

AzBaku.org xəbərinə görə, fövqəladə vəziyyətin bu müddətə uzadılması Baş Nazir və hakim Sosialist partiyasının rəhbəri Edi Ramanın təklifidir. Səsvermədə iştirak edən 91 deputatdan 5 nəfər təklifin əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Albaniyada 663 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb, 385 nəfər isə xəstəliyə qalib gəlib.Qafqazinfo