Məşhur “Quş südü” konfetinin müəllifi Anna Çulkova 87 yaşında Vladivostok şəhərində vəfat edib.
REN TV xəbər verir ki, A.Çulkova aprelin 28-də dəfn olunacaq.
Məşhur qənnadı ustası 16 yaşında Vladivostok qənnadı fabrikində işə başlayıb. 1967-ci ildən başlayaraq, SSRİ-də mütəxəssislər sufle içliyi ilə konfet hazırlamağa çalışsalar da, ən uğurlu reseptin müəllifi Anna Çulkova olub.
Bundan əlavə, o, “Meçta” şokoladlı vafli tortunun, “Komet” və “Meteorit” şirniyyatlarının müəllifidir.
Anna Çulkova Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.