“Yoluxma halları təkrar artacağı halda, Nazirlər Kabineti yayında operativ qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar qəbul edə bilər”.
AzBaku.org-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov keçirdiyi videokonfransda bildirib.
“Bir daha bildirirəm ki, başqa ölkələrlə müqayisədə, nail olduğumuz müsbət nəticələr Prezident İlham Əliyevin səyləri və vətəndaş-dövlət həmrəyliyi sayəsində mümkün olub.
Biz birlikdə güclüyük”, - deyə Ə.Əsədov qeyd edib.