ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (CDC) koronavirus infeksiyası əlamətlərinin siyahısını yeniləyib.
Lenta.ru-nun məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
İndiyə qədər əsas simptomlar qızdırma, öskürək və nəfəs darlığı sayılırdı. Ancaq artıq üşütmə, əzələ ağrıları, baş ağrısı, boğaz ilitihabı, dad və iybilmə qabiliyyətinin itirilməsi də siyahıya əlavə olunub.
Sənəddə vurğulanıb ki, bəzi simptomlar, o cümlədən sianoz (dəri və selikli qişanın göyümtül rəngə boyanması), nəfəs almaqda çətinlik, sinədə davamlı ağrı və dağınıq şüur kimi hallar təxirəsalınmaz tibbi yardım tələb edir.