Son testlər nəticəsində qərara gəldik ki, yumşaltma tətbiq etmək olar”

"Son testlər nəticəsində qərara gəldik ki, yumşaltma tətbiq etmək olar".

AzBaku.org xəbər verir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.


AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan TƏBİB rəsmisinin sözlərinə görə, son günlər ölkə ərazisində pozitiv tendensiya davam edir:

"Bu gün biz ölkə üzrə 44 yoluxma, 65 sağalan şəxs haqqında statistika vermişik. Bundan əlavə, mindən çox vətəndaş sağalıb. Qeyd edim ki, pozitiv tendensiya təkcə yoluxan və sağalan şəxslərin sayı ilə təyin olunmur, eyni zamanda apardığımız testlərin sayı ilə müəyyən olunur. Son həftə biz testlərin sayını gündəlik olaraq 4-5 min arasında nəzərdə tutduq və onları məqsədyönlü şəkildə apardıq. Çalışdıq ki, sadəcə xəstələr yox, çox ünsiyyətdə olan qruplar arasında testlər aparaq və yoluxmanın hansı səviyyədə olduğunu analiz edək. Son testlərin nəticəsinə əsasən qərara gəldik ki, yumşaltma tətbiq etmək olar".