Arıqlamaq istəyənlər üçün yumurtanın faydası göz qabağındadır. Bu barədə “WomanEL” nəşri dietoloqlara istinadən yazır.
Ekspertlərin sözlərinə əsasən, yumurtanın sarısındakı D vitamini qarındakı piyi əritməyə kömək edir, xolin isə maddələr mübadiləsinin işini, eləcə də sinir sisteminin fəaliyyətini və beyinin inkişafını dəstəkləyir.
Bundan savayı, bir yumurtada zülalı həzm etməklə, onu enerjiyə çevirərək, demək olar, bütün hüceyrələri qidalandıran doqquz amin turşusunun hamısı var. Eyni zamanda yumurtada cəmi 74 kalori olsa da, o, orqanizmi uzun müddətə doydurur.
Mütəxəssislər bütün bunlara baxmayaraq, bu məhsulu qədərində yeməyi məsləhət görürlər. Belə ki, yumurtadan aşırı istifadə qəbizliyə gətirib çıxara bilər.