“Barselona” “Tottenhem”ə oyunçuları dəyişməyi təklif edib

“Barselona” “Tottenhem”in yarımmüdafiəçi Tanqi Ndombeleni əldə etməyə çalışır.
Kataloniya klubu koronavirus pandemiyasının səbəb olduğu böhran nəticəsində futbolçuya görə böyük məbləğ ödəyə bilməyəcək. Buna görə də klub “Tottenhem”ə Samuel Yumtitini və Nelson Semedunu təklif edib.

Qeyd edək ki, cari mövsümdə Ndombele “Tottenhem”in tərkibində 27 oyun keçirib və rəqib qapısından iki top keçirib.