Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə “Ford” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində bir nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.
Qəza zamanı eləcə də “Ford”un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində “Ford”un sürücüsünün ayaqları sınıb.
Şahidlərin sözlərinə əsasən, qəzaya “Hyundai” markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.