ABŞ sahillərində neft tankerlərinin tıxacı yarandı: Anbarlarda yer yoxdur

ABŞ Sahil Mühafizəsi Kaliforniya yaxınlığında çox sayda neft tankerinin yığıldığını bildirib.


AzBaku.org xəbər verir ki, monitorinq məlumatlarına görə, gəmilər günlərdir dayanıb, yeniləri isə gəlməyə davam edir.

Liman nəzarətçiləri və hərbi personalın naviqasiya və ətraf mühitin təhlükəsizliyini təmin etdiyi qeyd olunur.

Mediada yayılan məlumatlara görə, quruda yerləşən neft anbarlarında kifayət qədər yer qalmadığına görə ticarətçilər nefti saxlamaq üçün tankerləri boşaldılmadan gözləməyə məcbur edirlər.
(qaynarinfo)