Mingəçevirdə bir neçə sakinin həyətinə su dolub.
Şəhər sakinləri bildirir ki, bu vəziyyət güclü yağışlardan sonra yaranıb. Çətinliyə səbəb suvarma suyu üçün Qarabağ kanalından borular vasitəsi ilə verilən suyun qarşısının tutulması göstərilir.
Su borulardan rahat axıb getmədiyindən yaxınlıqdakı həyətlərə və evlərə dolub. Sakinlər aidiyyəti qurumların məsələdən xəbərdar olduğunu deyir. Ərazidə yaranan çətinliyin aradan qaldırlması üçün texnikalar iş aparır.
Mingəçevir Mənzil Komunal Təsərrüfatı Birliyindən isə bildirildi ki, ərazidə yaranan vəziyyətə elə sakinlər özləri səbəbkardır.
Qurumdan bildirldi ki, Mingəçevir şəhərində yaranan problem tezliklə aradan qaldırılacaq.