Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ

İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalan xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən metoddur.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ

Bildirilib ki, COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan, klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, iki dəfə test nəticəsi neqativ olanlar, 18-60 yaş arası könüllülər, kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməyənlər koronavirus xəstələri üçün plazma donoru ola bilər.

Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ

“Uyğun donor, qan donorluğunda olduğu kimi, razılıq forması doldurur və müayinə edilir.

Donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir.

Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ


Donordan immun plazma bir ay ərzində ən çox üç dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər”, - TƏBİB-dən bildirilib.
Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ

Məlumata görə, bu prosedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur. Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və sterildir. Setlər qapalı sistem kimi işləyir. Prosedur zamanı qan cihazla təmas etmir. Bu müalicə tam ödənişsizdir. Bütün xərclər TƏBİB tərəfindən qarşılanır.

Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ

Sağalan xəstələrin məlumatları TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir. Plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunan növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur.

Gəlmə imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunur. Xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilir. Plazma istəyi isə xəstə yaxını və ya xəstənin özü tərəfindən edilə bilməz.

Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ
Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ
Koronavirus xəstələri üçün kimlər donor ola bilər? - RƏSMİ