Son üç həftə ərzində Böyük Britaniyada uşaqların koronavirus infeksiyası ilə bağlı ola biləcək yeni iltihablı sindromla reanimasiyaya düşməsi müşahidə edilir.
“Medicine” xəbər verir ki, xəstəliyin başqa səbəbdən yaranması da mümkündür.
“Azyaşlı pasiyentlərdə zəhərlənmə şokunun və Kavasaki xəstəliyinin əlamətləri, həmçinin ürək problemləri müşahidə olunur”, - deyə məlumatda deyilir.
Bundan əlavə, həkimlər xəstələrin qarın ağrısından və diareyadan əziyyət çəkdiyini bildirirlər.
Qeyd etmək lazımdır ki, reanimasiyaya düşən uşaqların bəzilərində koronavirus aşkar edilməyib.