Koronavirus pandemiyası ilə əlaqədar Avropada bir çoxları işindən məhrum olub. Bu isə maliyyə problemlərinin kəskinləşməsi ilə nəticələnib.
RT İspaniya və Fransada işsizlər üçün verilən pulsuz yeməyə görə yaranan uzun növbələr barədə kadrlar yayımlayıb.
Bildirilir ki, təkcə Madriddə pulsuz yemək üçün 2000-dən artıq insan hər gün xüsusi fonda müraciət edir. Parisdə isə könüllülərin mərkəzinə gündəlik azı 300 ailə müraciət edir.
Qeyd edək ki, İspaniyada 232 128 nəfər koronavirusa yoluxub, 23 822 nəfər ölüb, 123 903 nəfər isə sağalıb.
165 911 nəfərin yoluxduğu Fransada isə 23 660 nəfər ölüb, 46 886 nəfər sağalıb.