Tacikistanda koronavirusa ilk yoluxma halları qeydə alındı

Tacikistanda COVID-19-a ilk yoluxma halları qeydə alındı.

“Sputnik”in məlumatına görə, bu barədə Respublikanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Məlumata görə, 15 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, Tacikistan bu günə qədər COVID-19-un daxil ola bilmədiyi nadir ölkələrdən idi.