“Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.
AzBaku.org xəbər verir ki,oxu.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətindədir:
“Biz yalnız vəziyyəti şərh etmək üçün təkliflərimizi təqdim edə bilərik. Nazirlər Kabinetinin qərarından asılı olaraq, tədris ilinin başlanma vaxtı müəyyənləşdiriləcək”.
“Dərslər ənənəvi olaraq sentyabrın 15-də başlayır. Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik”.