Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
“Report”un məlumatına görə, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.