Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO

X
əzər rayonunun Mərdəkan qəsəbəsinin problemləri bitmir.


Qəsəbə ərazisindəki Hacı Zeynalabdin Tağıyev küçəsi və ora bitişik bir neçə məhəllədə natəmizlik baş alıb gedir. Ərazidə məişət tullantılarının atılması üçün qabların olmaması, zibilxananın günü-gündən böyüməsinə səbəb olub.

Qəsəbənin icra nümayəndəsi İlqar Müqbilovun sözlərinə görə, bir həftə ərzində ərazi məişət tullantılarından təmizlənəcək. Zibil qutularının qoyulmasına gəlincə isə, icra nümayəndəsi bildirir ki, bu məsələ onun səlahiyyətində deyil.

Sakinlərin dərdi təkcə zibillə də bitmir. Ərazidə içməli su yoxdur. Məsələ ilə bağlı "Azərsu" ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib ki, Bakı ətrafı qəsəbələrdə su problemi dövlət investisiyası hesabına mərhələli şəkildə icra olunacaq.